AZ

Azərbaycan millisinin İslandiya və Fransa ilə oyunlarının biletləri satışda

Futbol üzrə Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Fransa ilə ev oyunları üçün biletlər satışa çıxarılıb.

Fanat.Az xəbər verir ki, aşağıdakı linklərə daxil olaraq bilet almaq mümkündür.

Azərbaycan – İslandiya: //iticket.az/events/sport/azerbaijan-iceland/181866
Azərbaycan – Fransa: //iticket.az/events/sport/azerbaijan-france-112/181628

Qeyd edək ki, Azərbaycan – İslandiya oyunu noyabrın 13-də 8-ci km qəsəbə stadionunda, Azərbaycan – Fransa görüşü isə üç gün sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.

Seçilən
34
fanat.az

1Mənbələr