AZ

"Automechanika Baku" sərgisi yeni biznes imkanları yaradacaq - Fərid Məmmədov

Bakı. Trend:

"Automechanika Baku" sərgisi yeni biznes imkanları yaradacaq vəregionda texnoloji tərəqqinin rəmzinə çevriləcək.

Trend xəbərverir ki, bunu Azərbaycan Avtomobil Federasiyasınınvitse-prezidenti Fərid Məmmədov "Automechanika Baku"ya həsr olunmuşmətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avtomobil Federasiyası"Automechanika Baku" sərgisinin keçirilməsini tam şəkildədəstəkləyir: "Çünki bununla bilik mübadiləsi, innovativtexnologiyaların tanıdılması, yol təhlükəsizliyi və dayanıqlıinkişaf prinsiplərinin təşviqi üçün unikal platforma yaranacaq.Azərbaycan Avtomobil Federasiyası olaraq, biz sərginin proqramındafəal iştirak edəcəyik. Təlimlər, texniki seminarlar və peşəkarstandartlarının yüksəldirilməsinə yönəlmiş birgə təşəbbüslərləçıxış edəcəyik".

O vurğulayıb ki, "Automechanika Baku" sərgisi beynəlxalqəməkdaşlığı gücləndirəcək, yeni biznes imkanları yaradacaq vəregionda texnoloji tərəqqinin rəmzinə çevriləcək.

Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr