AZ

Dani Alveş kilsədə vaizlik edir – Video


Məşhur futnolçu Dani Alveş din xadimliyinə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, onun İspaniyanın Jirona şəhərində kilsədə vaizlik edərkən çəkilmiş kadrları sosial şəbəkələrdə yayılıb.
“Həbsxanada olanda Allahla müqavilə bağladım və indi İsa Məsihin oğluyam. İmanlı olmalısınız, qardaşlarım, sübut mənəm. Allah nə vəd edirsə, yerinə yetirir”, - 42 yaşlı keçmiş futbolçu bildirib.
İspaniya mətbuatı Alveşi “evangelist vaiz” kimi təqdim edib.
Qeyd edək ki, Braziliya millisinin və “Barselona”nın sabiq cinah müdafiəçisi yaxın keçmişdə cinsi zorakılıqda ittiham olunaraq həbs edilmiş, bir müddət sonra isə bəraət alaraq azadlığa çıxmışdı.
Seçilən
41
yeniavaz.com

1Mənbələr