AZ

Balıkesirdə zəlzələ: Məktəblər bağlandı

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən yeraltı təkanlardan sonra məktəblərdə bir günlük tətil elan olunub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, 28 oktyabr 2025-ci il tarixində Balıkesir vilayəti üzrə bütün məktəblərdə tədris dayandırılıb.

Eyni zamanda, dövlət idarə və müəssisələrində çalışan hamilə və fiziki məhdudiyyətli işçilərə isə inzibati məzuniyyət verilib.

Qeyd edək ki, oktyabrın 27-də Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib.

Seçilən
22
1
sitat.info

2Mənbələr