ABŞ prezidenti Donald Tramp bildirib ki, o, maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçib və nəticələr “mükəmməl” olub.
Bizim Media xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
“Bəli, mən MRT müayinəsindən keçdim. Nəticələr ideal idi,” – deyə Tramp bildirib.
Onun sözlərinə görə, müayinə oktyabrın əvvəlində Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzində aparılıb. ABŞ prezidenti müayinənin səbəbini açıqlamayıb və bununla bağlı sualları həkimlərə ünvanlamağı tövsiyə edib. Tramp əlavə edib ki, həkimlər göstəriciləri “onların indiyədək gördüyü ən yaxşı nəticələrdən biri” adlandırıblar.
2025-ci ildə Donald Trampın 79 yaşı tamam olub. 7 oktyabrda Newsmax telekanalına verdiyi müsahibədə o, özünü 30 il əvvəlkindən daha gümrah hiss etdiyini deyib.
Lakin amerikalı jurnalist Seymur Herşin fikrincə, siyasətçidə bəzı koqnitiv pozğunluqlar müşahidə oluna bilər. Onun sözlərinə görə, Tramp tez-tez özünü tərifləyir, eyni fikirləri təkrar edir və böyük auditoriya qarşısında çıxışlarda əvvəlki kimi iti reaksiya göstərmir.
Bizim Media,
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta