
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda yaşayış evlərinin tikintisinə 2 milyard 101 milyon 977 min manat vəsait sərf olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yaşayış evlərinin tikintisinə xərclənən vəsait 24,2% artıb.
Belə ki, ötən ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda yaşayış evlərinin tikintisinə 1 milyard 665 milyon 245 min manat vəsait sərf olunub.
Qeyd edək ki, 2023-cü ilin eyni dövründə bu göstərici 639,1 milyon manat, 2022-ci ilin eyni dövründə isə 660,1 milyon manat olub.
Onu da bildirək ki, yaşayış evlərinin tikintisinə sərf olunan vəsait dövlət və özəl sektor üzrə aşağıdakı kimi olub:
Dövlət sektorunda
Yanvar-Sentyabr 2022-ci il – 15 milyon manat
Yanvar-Sentyabr 2023-cü il – 14,7 milyon manat
Yanvar-Sentyabr 2024-cü il – 463 milyon manat
Yanvar-Sentyabr 2025-ci il – 522 milyon manat
Özəl sektorda
Yanvar-Sentyabr 2022-ci il – 645 milyon manat
Yanvar-Sentyabr 2023-cü il – 624 milyon manat
Yanvar-Sentyabr 2024-cü il – 1,2 milyard manat
Yanvar-Sentyabr 2025-ci il – 1,6 milyard manat
Elnur Əli