Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanla Türkiyəarasında ticarə əməliyyatlarının ümumi həcmi 4,3 milyard ABŞdolları təşkil edib.
Trend DövlətGömrük Komitəsinə istinadla xəbər verir ki, bu, 2024-cü ilin eynidövrünun göstəricisi ilə müqayisədə 292 milyon ABŞ dolları və ya6,3 faiz azdır.
Hesabat dövründə Türkiyə ilə ticarət əməliyyatlarınınAzərbaycanın xarici ticarət dövriyyəsindəki payı 12,25 faiz təşkiledib. Qeyd olunan dövrdə Azərbaycandan Türkiyəyə 2,6 milyard dollarhəcmində məhsul ixrac olunub. Bu isə 2024-cü ilin eyni dövrü iləmüqayisədə 346 milyon ABŞ dolları və ya 11,8 faiz azdır. Eynizamanda 2025-ci ilin yanvar-sentyabr aylarında TürkiyədənAzərbaycana idxal 1,7 milyard dollar təşkil edib ki, bu illikifadədə 54 milyon dollar və ya 3,2 faiz çoxdur.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk doqquz ayı ərzindəAzərbaycan xarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dollarıhəcmində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 877 milyon dollar və ya 2,5 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin ümumi həcmi ixrac üzrə 18,606milyard ABŞ dolları, idxal üzrə isə 16,769 milyard ABŞ dollarıtəşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 1,248milyard dollar (və ya 6,3 faiz) azalıb, idxal isə 2,126 milyarddollar (və ya 14,5 faiz) artıb.