AZ

Lerikdə yeznə ilə qayın arasında qanlı dava baş verib

LERİK, 28 oktyabr. TELEQRAF

Lerikdə yeznə ilə qayın arasında qanlı dava olub.

Teleqraf-ın cənub bürosunun məlumatına görə, Lerik rayonunun Vılık kənd sakini, 1969-cu il təvəllüdlü Bəşir Sahib oğlu İbadov bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

O, dəqiqləşdirilməmiş kəllədaxili travma, sağ qulaq nahiyəsinin açıq yarası və sol çiyin qurşağının əzilməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya edilib.

Yaralıya ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının sözlərinə görə, B.İbadov kənddə gözətçi işləyir və hadisə gecə növbəsi zamanı baş verib. Onun yaxın qohumu — yeznəsi tərəfindən hücuma məruz qaldığı bildirilir.

Hazırda həkimlər B. İbadovun vəziyyətini ağır qiymətləndirirlər.

Hadisənin təfərrüatları araşdırılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
70
2
teleqraf.com

3Mənbələr