Bərdə. Trend:
Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raketqurğularından qadağan olunmuş kaset mərmiləri atması nəticəsindəhəlak olanlar anılıb.
Trend-inQarabağ bürosu xəbər verir ki, səhər saatlarından etibarən insanlarfaciənin baş verdiyi əraziyə gələrək həlak olanların xatirəsini yadediblər.
Həmçinin anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri,hüquq mühafizə orqanlarının əməkdaşları da iştirak edib.
Qeyd edək ki, Vətən müharibəsinin 32 -ci günü, 28 oktyabr 2020 -ci ildə Ermənistan Silahlı Qüvvələri Bərdə şəhərinə atdığı Smerçtipli raket qurğusunda atılan kasetli mermisi 21 nəfər mülkişəxslərin ölümünə, 70 nəfərdən çox insanın yaralanmasına səbəbölüb.