BƏRDƏ, 28 oktyabr. TELEQRAF
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 2020-ci il 28 oktyabr tarixində Bərdə şəhərinə atılan “Smerç” tipli kaset bombaları nəticəsində həlak olan mülki şəxslər – terror qurbanları yad olunur.
Anım mərasimində rayoni icra hakimiyyəti nümayəndələri,şəhid ailələri vəsakinlər terror qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub, dualar oxuyublar.
Qeyd edək ki, 5 il əvvəl Ermənistan ordusu beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Bərdə şəhərinin mərkəzinə zərbələr endirmişdi. Raket hücumu nəticəsində 21 dinc sakin həlak olmuş, 70-dən çox insan yaralanmış, onlarla ev, ticarət obyekti və avtomobil tamamilə dağıdılmışdı.
Terror aktı nəticəsində həlak olanlar:
1. Qasımova Solmaz Sədrəddin qızı – 59 yaş
2. Süleymanov Hümmət Süleyman oğlu – 65 yaş
3. Mustafayeva Leyla Elmir qızı – 51 yaş
4. MirzəliyevÇərkəz Xanlar oğlu – 48 yaş
5. Hüseynova Gülşən Mehrab qızı – 48 yaş
6. Mirzəliyeva Tükəzban Çərkəz qızı – 25 yaş
7. Allahverdiyev Əsgər Mahir oğlu – 37 yaş
8. Cəfərov Amil Fazil oğlu – 30 yaş
9. Hacıyev Fazil Hacı oğlu – 51 yaş
10. Əhmədov Mirsahir Yusif oğlu – 40 yaş
11. Kazımov Dəyanət Tahir oğlu – 30 yaş
12. Əliyev Sadiq Sahib oğlu – 27 yaş
13. Abbasov Ruslan Məhəmməd oğlu – 36 yaş
14. Xıdırov İntiqam Ələmdar oğlu – 43 yaş
15. Şəfiyev Rəşad Vaqif oğlu – 29 yaş
16. İsmayıllı Vasif Vaqif oğlu – 30 yaş
17. İsgəndərov Yalçın Rizvan oğlu – 36 yaş
18. Quliyev Ağamoğlan Bəylər oğlu – 73 yaş
19. İsmayılov Fuad İsa oğlu – 32 yaş
20. Mustafayev Məhərrəm Ənvər oğlu – 49 yaş
21. Əliyeva Almaz Salah qızı – 60 yaş (27 oktyabrda xəsarət alıb, 28 oktyabrda vəfat edib).
Məlumat üçün qeyd edək ki, 27 sentyabr 2020-də müharibə başlayandan 28 oktyabra qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Naftalan, Goranboy, Beyləqan və digər şəhər və rayonları raket və artilleriya atəşinə tutulması nəticəsində 91 mülki şəxs həlak olmuş, 405 nəfər yaralanmış, 2418 yaşayış evi, 92 çoxmənzilli bina və 423 mülki obyekt dağıdılmış və ya zərər görmüşdü.
Allah şəhidlərimizə rəhmət eləsin.