AZ

Türkiyədə 6,1 bal gücündə zəlzələ: Dağıntılar var, itki yoxdur

Türkiyədə

Zəlzələ Balıkesir vilayətində qeydə alınıb, bir neçə tikili dağılıb, vəziyyət nəzarət altındadır Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 22:48-də baş verən yeraltı təkanlar İstanbul da daxil olmaqla bir çox bölgədə hiss olunub. İlkin məlumata görə, üç ev və ikimərtəbəli iş yeri dağılıb, ancaq insan itkisi qeydə alınmayıb. Daxili işlər naziri Ali Yerlikaya və Prezident Ərdoğan hadisəni yaxından izlədiklərini bildiriblər. AFAD-ın məlumatına əsasən, zərər görmüş binalara daxil olmamaq barədə əhaliyə xəbərdarlıq edilib.Ulusum.az

Diqqət Çəkənlər

“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi - VİDEO

Kətan sıyığı meyvələrlə

Deputat Əminə Ağazadə APA-nın iclasında Azərbaycanı təmsil edəcək

Seçilən
36
1
ulusum.az

2Mənbələr