Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yaponiyanın yeni Baş naziri Sanae Takaiti Tokioda səfərdə olan ABŞ Prezidenti Donald Trampa qətlə yetirilmiş sabiq hökumət başçısı Şinzo Abenin qolf çubuğunu hədiyyə edib.
“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Trampa verilən digər hədiyyə məşhur yapon qolfçu Hideki Matsuyamanın imzaladığı qolf çantası olub.
Qeyd edək ki, ABŞ lideri qolfa sevgisi ilə tanınır. Onun nəvəsi Key Tramp peşəkar qolfçudur. Hətta 2017-ci ildə ABŞ prezidenti Yaponiyanın ovaxtkı Baş naziri Şinzo Abe ilə qolf oynayıb.
Xatırladaq ki, 2006-2007-ci və 2012-2020-ci illərdə Yaponiyanın Baş naziri olmuş Şinzo Abe 2022-ci il iyulun 8-də törədilmiş silahlı hücum nəticəsində qəltə yetirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.