AZ

Azər Allahverənov: “Əlil Təşkilatları İttifaqının 20 ili peşəkar və məqsədyönlü fəaliyyətlə yadda qalıb”

Bu gün Bakıda keçirilən Əlil Təşkilatları İttifaqının (ƏTİ) 20 illik fəaliyyətinə həsr olunmuş tədbirdə Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov çıxış edib.

QHT.az xəbər verir ki, deputat ƏTİ-nin 20 illik fəaliyyətini yüksək qiymətləndirərək, bu dövrü “igid ömür” kimi dəyərləndirib:

“Bu yubiley el arasında desək, 20 igid ömrüdür. Bu illər ərzində görülən işlər olduqca zəngin, peşəkar və məqsədyönlü şəkildə həyata keçirilib. İttifaqın üzvü olan 41 təşkilatın əksəriyyəti ilə tanışıq, bir çox tədbirlərdə bir yerdə olmuşuq, onların müraciətlərini dinləmişik və mümkün olan hallarda bu məsələləri parlament tribunasından da səsləndirmişik.”

Azər Allahverənov əlavə edib ki, əlilliyi olan şəxslərin problemlərinin həlli istiqamətində mütəmadi əməkdaşlıq mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə dəstək göstərmək üçün bütün imkanlardan istifadə olunur:

“Bu gün burada olan təşkilatların müraciətləri ilə də yaxından tanışam və yaxın zamanda onların təkliflərini Milli Məclisdə səsləndirməyi planlaşdırıram,” – deyə deputat vurğulayıb.

Seçilən
11
qht.az

1Mənbələr