AZ

3 ildən sonra cinayəti etiraf etdi Baş naziri öldürmüşdü (FOTOLAR)

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qətlində şübhəli bilinən şəxs günahını etiraf edib.

"Unikal" xəbər verir ki, bu  barədə "Kyodo News" məlumat dərc edib. 

Keçmiş baş nazirin qətli ilə bağlı iş üzrə ilk məhkəmə Nara məhkəməsində keçirilib və bu prosesdə müttəhim Tetsuya Yamaqami günahını etiraf edib.

Xatırladaq ki, baş nazirə hücum 2022-ci il iyulun 8-də baş verib. Abe küçədə çıxış edərkən, hücum edən şəxs əldəqayırma silahla ona iki atəş açıb. Hücum edən şəxs dərhal polis tərəfindən saxlanılıb. Boyun və qarın nahiyəsindən çoxsaylı güllə yaraları alan Abe xəstəxanaya aparılıb. Həkimlər onun həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər. Şinzo Abe qan itkisindən dünyasını dəyişib.

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
unikal.az

1Mənbələr