Pevkur İspaniyanın "El Paso" qəzetinə verdiyi müsahibədə bildirib ki, müdafiə planlaması və hərbi koordinasiya NATO-nun vəzifəsidir, lakin logistika və maddi-texniki dəstək məsələlərində Aİ səviyyəsində daha sürətli qərarvermə mexanizmi tələb olunur.
"Biz İspaniyadan Estoniyaya hansısa avadanlıq göndərməli olanda, heç bir sənədləşməyə vaxt sərf etmədən, tez hərəkət etməyə imkan verən "hərbi Şengen"ə ehtiyacımız var",- deyə nazir qeyd edib.
O əlavə edib ki, Avropa İttifaqı üzv dövlətlərə yardımın göstərilib-göstərilməməsi barədə, məsələn, miqrasiya böhranı zamanı olduğu kimi, birgə maliyyələşdirmə və ortaq satınalma yolu ilə kollektiv qərar qəbul edə bilər.
Qeyd edək ki, Pevkur həmçinin Ukraynanın "Tomahawk" qanadlı raketlərini əldə etməsinin münaqişənin gedişatını əsaslı şəkildə dəyişə bilməyəcəyini vurğulayıb.Sfera.az