AZ

ABŞ və Yaponiya maliyyə nazirləri pul siyasəti üzrə əməkdaşlığı müzakirə edib

ABŞ-ın maliyyə naziri Skott Bessent və Yaponiyanın maliyyə naziri Satsuki Katayama arasında danışıqlar aparılıb.

Doğru.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, görüş zamanı iki ölkənin nazirliklərinin rəhbərləri pul siyasətinin tənzimlənməsi sahəsində əməkdaşlığı müzakirə ediblər.

Sənəddə bildirilir: “Nazir Bessent inflyasiya gözləntilərinin cilovlanmasında və həddindən artıq məzənnə dəyişkənliyinin qarşısının alınmasında düzgün pul siyasətinin və kommunikasiyanın mühüm rolunu vurğuladı”.

Qeyd edək ki, bundan əvvəl Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ABŞ prezidenti Donald Tramp ilə iki ölkə arasında müttəfiqliyin gücləndirilməsini müzakirə etdiyini bildirmişdi.

DOĞRU.AZ

Seçilən
19
1
dogru.az

2Mənbələr