AZ

ABŞ da “shutdown” səbəbindən təxminən 7000 reys gecikir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ-da hava daşımaları vəziyyəti kəskin pisləşib: 27 oktyabr tarixinə ölkə üzrə təxminən 7000 reys gecikib. Səbəb hökumətin fəaliyyətinin 27-ci günüdür davam edən “shutdown” (dövlət büdcəsi təsdiq edlmədiyinə görə hökumətin maliyyələşdirilməsinin dayandırılması) fonunda hava nəzarətçilərinin kütləvi işə gəlməməsi və işçi çatışmazlığıdır.

Bizimyol.info xəbər verir ki, Federal Mülki Aviasiya İdarəsi (FAA) Nyuark, Ostin və Dallas/Fort-Uort hava limanlarında gecikmələr proqramını işə salıb və kritik işçi çatışmazlığına diqqət çəkib. Oxşar problemlər daha əvvəl Atlanta şəhərində də qeydə alınıb; reys gecikmələri radar nəzarət mərkəzinin işçi çatışmazlığından yaranıb.

Təxminən 13 000 hava nəzarətçisi və 50 000 Nəqliyyat Təhlükəsizliyi Xidmətinin (TSA) əməkdaşı artıq demək olar ki, bir aydır maaşsız işləyir.

Mətbuatın verdiyi məlumata görə, “Tramp administrasiyası xəbərdarlıq edib ki, reyslərin gecikməsi daha da çoxalacaq, çünki çərşənbə axşamı hava nəzarətçiləri ilk dəfə tam maaş almayacaqlar.”

"FlightAware" məlumatlarına əsasən, gecikmələr bütün böyük aviaşirkətləri əhatə edib:

"Southwest Airlines" – 34% reyslər"American Airlines" – 29%"Delta" – 22%"United Airlines" – 19%

ABŞ Nəqliyyat Nazirliyinin nümayəndəsi bildirib ki, gecikmələrin 44%-i hava nəzarətçilərinin çatışmazlığından yaranıb – bu, adi səviyyədən xeyli yüksəkdir.

Nəqliyyat naziri Şon Daffi Klivlenddə hava nəzarətçiləri ilə görüşüb. Hava Nəzarətçiləri Alyansı (NAA) isə ilk maaş ödənilməyən gündə ölkə hava limanlarında aksiyalar keçirməyi planlaşdırır. FAA-ya görə, idarədə 3500 işçi çatışmır və bir çox nəzarətçi artıq aylarca həftədə altı gün işləyir.

Əgər vəziyyət həll olunmazsa, ABŞ 2019-cu ildən bəri ən böyük aviasiya böhranı ilə üzləşə bilər. Həmin vaxt oxşar “shutdown” səbəbindən Nyu-York və Vaşinqtondakı uçuşlar məhdudlaşdırılmışdı.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
bizimyol.info

1Mənbələr