Yeni Konvensiya kibercinayətkarlığın qarşısının alınması, elektron sübutların beynəlxalq mübadiləsi, dövlətlər arasında hüquqi əməkdaşlıq, eləcə də inkişaf etməkdə olan ölkələr üçün texniki yardım və potensialın artırılmasını nəzərdə tutur.
Yeri gəlmişkən, Avropa Şurasının 2001-ci ildə qəbul edilən "Kibercinayətkarlığa qarşı mübübarizə" haqqında Budapeşt Konvensiyasından fərqli olaraq, BMT Konvensiyası bütün dünya ölkələrini əhatə edən ilk universal sənəd sayılır.
Əgər Budapeşt Konvensiyası əsasən Avropa hüquq sistemi və insan hüquqları kontekstində, daha dar və texniki konteksdə formalaşmışdısa, BMT Konvensiyası daha geniş - qlobal ədalət və kollektiv müdafiə prinsiplərinə əsaslanır. Dövlətlərarası əməkdaşlıq, texniki yardım, potensialın artırılması, və daha geniş beynəlxalq əməkdaşlıq aspektlərini əhatə edir.
Bu sənədin qəbul edilməsilə rəqəmsal təhlükəsizliyə dair beynəlxalq əməkdaşlığın yeni mərhələsi başlayacaq. Azərbaycanın bu prosesdə fəal iştirakı ölkəmizin kiberdayanıqlıq, beynəlxalq etimad və rəqəmsal diplomatiya sahəsində artan nüfuzunun bariz göstəricisidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31