Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” tərəfindən “Rəqəmsal Jurnalistika” mövzusunda növbəti təlim proqramına qeydiyyat elan olunur.
Media sahəsində peşəkar bacarıqların inkişafına yönələn təşəbbüs çərçivəsində 17–20 noyabr tarixlərində təşkil olunacaq təlimə hazırda jurnalistika, media və ya əlaqəli sahələrdə çalışan media mütəxəssisləri müraciət edə bilərlər.
Proqram çərçivəsində “Rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistika”, “Jurnalistlər üçün ən yaxşı innovativ təcrübələr: Süni İntellekt alətləri, SEO və məlumat vizuallaşdırması”, “Yeni video formatlar”, “Sosial media və “YouTube” kanalının idarə olunması” və “Mobil jurnalistika” kimi modullar üzrə tədris aparılacaqdır.
Təlimlər “Euronews”un tanınmış mütəxəssisləri – 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya və “Euronews”un Yunan xidmətinin və “Euronews” Daşkənd Bürosunun rəhbəri, televiziya jurnalistikası və media idarəçiliyi sahəsində təcrübəli mütəxəssis Akis Tatsis tərəfindən keçiləcəkdir.
Qeyd edək ki, ingilis dilində tədris olunacaq kursu müvəffəqiyətlə yekunlaşdıran iştirakçılara sertifikat təqdim olunacaq.
Son müraciət tarixi: 4 noyabr 2025-ci il
İştirak şərtləri və seçim meyarları: https://www.euronews.com/academy-azerbaijan
Suallar üçün: [email protected]


 
                        
                    