AZ

“Axmaq vəziyyət qurşaqdan aşağı hırıldatmaqdır” - Qalmaqal

Aktyor Türkay Cəfərli Əməkdar artist Coşqun Rəhimovun dünyaca məşhur aktyor Rovan Atkinsonla bağlı fikirlərini tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə Türkay sosial media hesabında paylaşım edib.

“Axmaq vəziyyət qurşaqdan aşağı “ayə-vayə” ilə hırıldatmaqdır. Axmaq olmayan vəziyyət isə situasiyaya uyğun verilən reaksiyadır. Vəziyyət komediyası... Rovan Atkinson, sən aktyor deyilsənmiş, bəsitimişsən”, - deyə Türkay qeyd edib.

Qeyd edək ki, C. Rəhimov “Efirdən kənar” verilişində “Axmaq bir vəziyyətdə tamaşaçını güldürən aktyordur. Əgər ona aktyor demək olarsa. Ancaq Mister Bindir. Bunu onun canından çıxartmaq olmur. Yəni beləsinə aktyor demirlər. “Mister Bin” tapılmış bir formanı ömür boyu eyni qəlibdə tamaşaçıya nümayiş etdirib” - deyə bildirib.

Könül
Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr