AZ

Yaponiyanın baş naziri Donald Trampa xatirə hədiyyəsi bağışlayıb

ain.az, Oxu.az saytına istinadən bildirir.

Yaponiyanın Baş naziri Sanae Takaiçi Tokioda rəsmi səfərdə olan ABŞ Prezidenti Donald Trampa onun vəfat etmiş dostu - Yaponiya hökumətinin keçmiş başçısı Sindzo Abeyə məxsus qolf çubuğunu hədiyyə edib.

Oxu.Az xəbər verir ki, müvafiq kadrları Ağ Ev öz "X" hesabında paylaşıb.

Takaiçi ABŞ liderinə məşhur yapon qolfçusu Hideki Matsuyamanın avtoqrafı olan qolf çantası da təqdim edib.

Məlumdur ki, Tramp bu idman növünə olan sevgisi ilə məşhurdur. O, 2017-ci ildə prezidentliyinin ilk dövründə Yaponiyaya səfəri zamanı Abe ilə saatlarla qolf oynamışdı.

Qeyd edək ki, Sanae Takaiçi Sindzo Abenin yaxın silahdaşlarından biri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
oxu.az

1Mənbələr