Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, futzal üzrə ölkə çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında iştirak etmək üçün Rumıniyaya yollanıb.
Fanat.Az-ın əldə etdiyi məlumatına görə, ötən gecə Azərbaycanı tərk edən komandanın məşqçisi Fərid Ələkbərov düşərgədən ayrı düşüb.
Bakı-İstanbul-Buxarest reysi ilə səfərə yollanan çempion məşqçisini Rumıniyaya aparmayıb. Buna səbəb kimi nümayəndə heyətində yer olmadığı bildirilib. Halbuki, menecer Ceyhun Sultanovun komanda ilə birgə Rumıniyaya uçduğunu görənlər olub. Sultanov futbol klubunda funksioner olsa da, futzal komandasına aidiyyatı yoxdur. Ancaq göründüyü kimi, o, ÇL-ə gedən komandanın məşqçisinin yerini dar edib. Futzal klubunun rəhbərliyinin məşqçisini düşərgədən ayrı salması heç də xoş görüntü deyil.
Mirağa
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.