Lukaşenko: “Əgər həqiqətən günahkar olsaq, Minsk hazırdır üzr istəsin”
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, əgər ölkəsi Litvada kontrabanda məqsədilə uçan meteobalonlarla bağlı insidentdə həqiqətən günahkardırsa, Minsk bu məsələni açıq müzakirə etməyə və üzr istəməyə hazırdır.
“Əgər bizə sübut olunarsa ki, biz günahkarıq — bunu indi sübut etməyə çalışırlar — biz açıq şəkildə müzakirəyə hazırıq və üzr istəyəcəyik, bu dəqiqdir. Amma əgər ora yalnız hava balonları, siqaret və ya başqa nəsə uçursa, bu məsələni orada həll etmək lazımdır”, — Lukaşenko deyib.