AZ

Azərbaycana səfər etmək istəyən İraq vətəndaşlarının çətinliklərlə üzləşməsi barədə iddialara aydınlıq gətirilib

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində AzərbaycanRespublikasına turizm məqsədilə səfər etmək istəyən İraqRespublikası vətəndaşlarının çətinliklərlə üzləşdiyi barədə bəziiddialar yayılıb. Bu iddiaların heç bir əsası yoxdur və həqiqətiəks etdirməyən bu kimi məlumatların yayılması yanlışdır.

İraq Respublikasında viza müraciətlərinin qəbulu və emalıprosesinin sürətləndirilməsi, ölkəmizə turizm məqsədilə səfər etməkistəyən İraq Respublikası vətəndaşlarına daha keyfiyyətli xidmətingöstərilməsi, viza rəsmiləşdirilməsi məqsədilə saxta sənədlərləmüraciət edən şəxslərlə mübarizənin gücləndirilməsi məqsədiləXarici İşlər Nazirliyi ilə müvafiq sahə üzrə ən irimiqyaslıbeynəlxalq şirkət olan “VFS Global” arasında Anlaşma Memorandumuimzalanıb.

Bu memoranduma uyğun olaraq, İraq Respublikası vətəndaşlarının,o cümlədən bu ölkədəki digər əcnəbi və vətəndaşlığı olmayanşəxslərin turizm məqsədli viza müraciətlərinin qəbul edilməsi 10iyul 2024-cü il tarixindən etibarən “VFS Global” şirkətinin Bağdadşəhərindəki ofisinin “Azərbaycan Viza Müraciətləri Mərkəzi”tərəfindən təşkil olunur. Ölkəmizə səfər etmək istəyən hər bir İraqRespublikası vətəndaşı viza rəsmiləşdirilməsi barədə zəruri məlumatəldə etmək məqsədilə, Azərbaycan Respublikasının İraqRespublikasındakı Səfirliyi üçün fəaliyyət göstərən sözügedən “VizaMərkəzi”nə müraciət edə bilər.

Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi və“VFS Global” şirkətinin Bağdad şəhərindəki ofisinin “AzərbaycanViza Müraciətləri Mərkəzi” tərəfindən İraq Respublikasıvətəndaşlarının viza müraciətləri ilə bağlı sənədlərin qəbulu,icraatı və təhvil verilməsi Azərbaycan Respublikasınınqanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.Mərkəz çərçivəsində bütün xidmətlər Anlaşma Memorandumunda müəyyənedilmiş vahid xidmət haqqları əsasında təşkil olunur.

Mərkəzin fəaliyyətinə Azərbaycan Respublikasının İraqRespublikasındakı Səfirliyi və “VFS Global” şirkətinin baş ofisitərəfindən ciddi nəzarət edilir, həmin mərkəzin fəaliyyəti üzrəmütəmadi əsasda monitorinq aparılır.

Bununla yanaşı, müvafiq sahə üzrə şəffaflığın təmin edilməsiməqsədilə İraq Respublikasında mənfi reputasiyaya malik turizmşirkətlərindən sənədlərin qəbul edilməsi qadağan olunub.

Aparılmış sözügedən tədbirlər nəticəsində ölkəmizə turizmməqsədilə səfər etmiş İraq Respublikası vətəndaşlarının sayındaciddi artım müşahidə olunmaqdadır. Belə ki, 2025-ci ilin ilk 3 ayıərzində Azərbaycan ilə İraq arasında birbaşa uçuşların olmadığınavə bu ilin iyun ayında İraq Respublikasının hava məkanının bağlıolmasına baxmayaraq, 2025-ci ilin 27 oktyabr tarixinədək Səfirliktərəfindən 5904 müraciət qəbul edilib. Bunlardan 5650 vizarəsmiləşdirilib (2024-cü il ərzində 4800 viza müraciəti qəbuledilib).

Mətbuat vasitəsilə şikayət edən şirkətlər tərəfindən nəölkəmizin İraqdakı Səfirliyinə, nə də “Viza Mərkəzinə” hər hansımüraciət təqdim edilməyib. Şikayətdə adı hallanan “Alkaither”şirkəti Azərbaycan kütləvi informasiya vasitələrində onun adındanyayılan müraciətin saxta olduğunu bildirərək, AzərbaycanRespublikasına səfər etmək istəyən İraq Respublikasıvətəndaşlarının viza müraciətləri ilə bağlı hər hansı çətinliyinmüşahidə olunmadığı barədə məlumat verib.

Müvafiq sahə üzrə daxil olan bütün müraciətlər, o cümlədənşikayətlər Xarici İşlər Nazirliyi və Səfirlik tərəfindən ciddiyoxlanılır və yoxlama nəticəsində müvafiq nöqsanlar qeydə alındıqdaonların aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Seçilən
49
21
az.trend.az

10Mənbələr