AZ

Noyabrın ən şanslı 3 bürcü

Artıq oktyabrın bitməyinə cəmi 3  gün qalır. Payızın son ayı olan noyabr təkcə havaların dəyişməsi ilə yox, həm də enerjilərin yenilənməsi ilə fərqlənəcək.

"Yeni Sabah" xəbər verir ki, Avropa astroloqlarının proqnozlarına görə, bu ay bəzi bürclərin üzünə həyat tam mənasıyla güləcək.

Ulduzların düzülüşü göstərir ki, Əqrəb, Oğlaq və Balıqlar noyabr ayında həm şəxsi həyat, həm də karyera baxımından ən şanslı bürclər arasında olacaq. Dördpendirli pizza

Əqrəb

Noyabr Əqrəblərin öz doğum ayıdır və bu, onlara həm daxili güc, həm də kənar dəstək gətirir. Ulduzların enerjisi bu bürcə tam şəkildə fokuslanıb. Astroloqların sözlərinə görə, Əqrəblər bu ayda uzun müddətdir planlaşdırdıqları dəyişiklikləri reallaşdıra biləcəklər.

Əgər bu bürc altında doğulmusunuzsa, həyatınızda bir çox qapıların açıldığını hiss edəcəksiniz. Yeni tanışlıqlar, gözlənilməz fürsətlər və müsbət təsadüflər sizi tapacaq. İş həyatında təşəbbüs göstərmək, yeni layihəyə başlamaq və ya yer dəyişdirmək üçün doğru zamandır.

Sevgi münasibətlərində isə ehtiras və emosiyalar ön planda olacaq. Bəzi Əqrəblər köhnə əlaqələri geridə qoyub, daha uyğun bir partnyorla qarşılaşa bilərlər.

Astroloqlar məsləhət görür ki, bu ay duyğulara yox, intuisiyaya qulaq asın  çünki Əqrəblərin daxili səsi bu dövrdə çox güclü olacaq.

Oğlaq

Ulduzlar Oğlaq bürcünə noyabr ayında sabitlik, peşəkar uğur və maddi qazanc vəd edir. İlin əvvəlindən bəri çalışan, amma nəticə görməyən Oğlaqlar üçün bu ay sanki “mükafat dövrü” olacaq.

Astroloqların sözlərinə görə, Oğlaqlar üçün noyabr “qətiyyət və planlılıq ayı”dır. Əgər real addımlar atılıbsa, bu ay onların nəticəsini görmək mümkündür. İş yerlərində yüksəliş, rəhbərlikdən etimad və ya əlavə gəlir kimi fürsətlər yarana bilər.

Eyni zamanda, şəxsi həyatda da stabillik bərpa olunur. Ailəli Oğlaqlar münasibətlərdə balansı qoruyacaq, subaylar isə dəyərli bir insanla tanış ola bilər.

Mütəxəssislər bildirirlər ki, Oğlaq bürcü bu ay “dönməz və sakit güc” nümayiş etdirəcək. Səbr, nizam-intizam və strateji düşüncə bu bürcün ən böyük silahıdır.

Balıqlar

Noyabr Balıqlar üçün sanki “ruhun yenidən doğulduğu” bir ay olacaq. Avropa astroloqlarının fikrincə, bu bürcün nümayəndələri ay boyunca ilhamla dolacaq, yaradıcılıq və emosional dərinlikləri ilə fərqlənəcəklər.

Balıqların həyatında bu ay sevgi və ruhani yaxınlıq mövzusu ön plana çıxacaq. İllərdir davam edən narahatlıqlar arxada qalır, yerini harmoniya və sakitlik tutur. Yaradıcılıqla məşğul olan Balıqlar üçün bu dövr ideyaların artdığı, motivasiyanın yüksəldiyi bir zamandır.

Maliyyə sahəsində böyük sıçrayış olmasa da, yeni gəlir mənbələrinin yaranması mümkündür. Astroloqlar tövsiyə edir ki, Balıqlar bu ay öz istəklərini gizlətməsin, çünki ulduzlar onların arzularını reallaşdırmağa kömək edəcək.

Astroloqlara görə, noyabr ayının ümumi enerjisi “dəyişiklik, yenilənmə və sakit güc” teması üzərində qurulub.

Ulduzlar bu üç bürcə xüsusi dəstək versə də, astroloqlar vurğulayır ki, şans yalnız hazır olanlara gəlir. Yəni planlı davranan, riskləri qiymətləndirən və öz gücünə inanan insanlar üçün noyabrın enerjisi daha güclü təsir göstərəcək.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
45
yenisabah.az

1Mənbələr