AZ

“Vikipedia”nın ciddi rəqibi işə başlayıb

AzVision.az “Business Insider” onlayn-media şirkətinə istinadən xəbər verir ki, işə başlayan məqamda yeni portalın kitabxanasında 885 mindən artıq məqalə olub.

“The Washington Post (WP)” nəşrinin məlumatına görə, “Grokipedia.com” artıq bir neçə saatdır ki, fəaliyyət göstərsə də, bəzi istifadəçilər onun istifadəyə verilməsindən qısa müddət sonra problemlərlə üzləşdiyini iddia edirlər.

Sayt hazırda “0.1 versiyasında” fəliyyət göstərir. İstifadəçilərdən sorğularını saytın əsas səhifəsindəki yeganə məkana - xüsusi sahəyə daxil etmələri təklif olunur. Alqoritm həmçinin istifadəçinin soruşmaq istəyə biləcəyi mümkün sualları təklif edir.

Təsdiqdən sonra sizdən tapılan bir neçə variantdan birini seçmək istəniləcək. Bu keçidlərə klikləməklə, maraqlandığınız məlumat üzrə müfafiq mətni oxuyacaqsınız.

“xAI” komandasının “Grokipedia” layihəsi üzərində işlədiyini İlon Mask sentyabr ayında açıqlamışdı. O, həmçinin “Vikipedia”nı redaksiya siyasətinə görə tənqid edib.

Mask bir il əvvəl mənbələrin etibarlılığını yoxlayan “NewsGuard” şirkətinin sosial şəbəkəni “İsrail-Həmas münaqişəsi haqqında dezinformasiyanın super yayıcısı”adlandılrdıqdan sonra “Vikipedia”nı açıq şəkildə tənqid etməyə başladı.

“Grokipedia” adı, 2023-cü ilin martında Mask tərəfindən qurulan süni intellekt (Sİ) köməkçisi və eyniadlı çatbotun adı olan “Grok”dan götürülüb. O, mətn və şəkillər yarada, ChatGPT və digər alətlərə bənzər istifadəçilərlə dialoqlar apara bilər. “Grok” həmçinin internet və “X” social şəbəkəsi vasitəsilə real vaxt məlumatlarına daxil ola bilir.

Bu çatbot İlon Maska məxsus olan “X” sosial şəbəkəsinin premium abunəçiləri üçün ayrıca vebsaytda və “xAI” portalının özündə də əlçatandır.

“Grokipedia” həmçinin süni intellekt bazasında işləyir. Bu baxımdan, №Grokun” məqalələr yazmasıonu insanlar tərəfindən redaktə edilən “Vikipedia”dan fərqləndirir.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
41
1
azvision.az

2Mənbələr