BAKI, 28 oktyabr. TELEQRAF
“Dünyada nadir hallarda öz xalqı və ölkəsinə Milli Hərəkat qədər bu qədər zərər vuran siyasi partiya tapa bilərsiniz”.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin İnsan Haqları Komitəsinin sədri Rati İonatamişvili deyib.
Deputat bildirib ki, bu partiyanın müxalifət və ya iqtidarda olmasının fərqi yoxdur, məqsədi ölkəyə ziyan vurmaqdır.
“Milli Hərəkat yaranandan bəri öz xalqı və ölkəsinə ziyan vurmaqla məşğuldur, dünyada beləsinə nadir hallarda rast gəlinir. Fərqi yoxdur, müxalifət və ya iqtidarda olsunlar, məqsədləri ölkəyə zərər vurmaq olub. Gürcüstan Konstitusiyasına qarşı törətdikləri cinayətlərə görə cavab vermələrinin vaxtı çatıb. Bunun üçün arqumentlər çox güclüdür”, - Rati İonatamişvili vurğulayıb.
Qeyd edək ki, söhbət Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin təsisçisi olduğu partiyadan gedir.