AZ

Bu uşaqlarda soyuqdəymə riski yüksəkdir

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Payızın ortalarına doğru respirator virus infeksiyalarının, o cümlədən uşaqlar arasında artacağı proqnozlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu haqda tibb elmləri doktoru, professor Olqa Zaytseva aif.ru-ya açıqlamasında xəbərdarlıq edib.

O, xüsusilə bronxial astması olan uşaqlar üçün soyuqdəymənin gizli təhlükəsindən danışıb.

Zaytsevanın sözlərinə görə, astmalı uşaqlarda adi virus infeksiyaları ciddi fəsadlara səbəb ola bilər. “Aparılan çoxsaylı tədqiqatların nəticələri göstərir ki, məhz soyuqdəymə uşaqlarda bronxial astmanın kəskinləşməsinin əsas səbəblərindən biridir. Profilaktika isə ən effektiv qorunma üsulu olaraq qalır. Uşaqlara erkən yaşdan gigiyena qaydalarını öyrətmək, əlləri mütəmadi yumaq, izdihamlı yerlərdə maskadan istifadə etmək və burun boşluğunu duz məhlulu ilə təmizləmək vacibdir. Lakin infeksiyadan yayınmaq mümkün olmadıqda, əsas məsələ düzgün və vaxtında müalicədir,”  deyə həkim bildirib.

Professor qeyd edib ki, valideynlərin əsas vəzifəsi təhlükəli simptomlara diqqət yetirməkdir. “Virus infeksiyası tənəffüs yollarında iltihaba səbəb olur və bu, allergik uşaqlarda, xüsusilə astmaya meyilli olanlarda bronxial tıxanma sindromu yarada bilər. Bu zaman uşaqlarda tutmaşəkilli quru öskürək, xırıltı və təngnəfəslik müşahidə olunur. Yəni astması olan uşaq üçün adi soyuqdəymə tutma riskini xeyli artırır,” - deyə Olqa Zaytseva xəbərdarlıq edib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
redaktor.az

2Mənbələr