AZ

Bulka Resepti – VİDEO

Bulka

Ev şəraitində hazırlanan, yumşaq və ətirli bulka reseptiƏgər siz də çay süfrəsinə ləzzətli və yumşaq bulkalar əlavə etmək istəyirsinizsə, bu resept tam sizlikdir. Ərzaqlar: - 4 stəkan ilıq süd - 1,5 stəkan şəkər tozu - 1 paket instant maya - 3 yumurta - 2 yemək qaşığı duru yağ - 1 paket vanil - Təxminən 12 stəkan un (ehtiyacdan asılı olaraq) - 100 qram kərə yağı - İstəyə görə: bir az zərdəçal (sarı kök) Hazırlanma qaydası: 1. Südü ilıq edib içinə şəkər tozu və mayanı əlavə edin. Qapağını örtüb 10 dəqiqə gözləyin. 2. Yumurta, yağ, vanil və istəyə uyğun sarıkökü əlavə edib qarışdırın. 3. Unu tədricən əlavə edib yumuşaq xəmir yoğurun. 4. Xəmiri 1 saat isti yerdə mayalandırın, sonra bir dəfə daha yoğurub yenidən 1 saat saxlayın. 5. Xəmirdən bulka formaları düzəldin. 6. Üzərinə əridilmiş kərə yağı sürtün. 7. 180°-də əvvəlcədən qızdırılmış sobada qızarana qədər bişirin. Sadə ərzaqlarla, mayalı, ətirli və parlaq səthli bulka hazırlamaq çox asandır. Ulusum.az

Diqqət Çəkənlər

“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi - VİDEO

Kətan sıyığı meyvələrlə

Deputat Əminə Ağazadə APA-nın iclasında Azərbaycanı təmsil edəcək

Seçilən
85
ulusum.az

1Mənbələr