AZ

İtkin düşmüş şəhid Mübariz Şahmurovun dəfn mərasimi keçirilir

BAKI, 28 oktyabr. TELEQRAF

Bu gün Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş MübarizAğahüseyn oğlu Şahmurovun dəfn mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Onun nəşi torpağa tapşırılmaq üçün Keşlə qəsəbəsi Şəhidlər xiyabanına gətirilib.

Xatırladaq ki, Mübariz Şahmurov 1963-cü il iyunun 12-də Sabirabad rayonu, Navdan kəndində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Seçilən
104
teleqraf.com

1Mənbələr