AZ

Şəhid Mübariz Şahmurovun nəşinin qalıqları Keşlədə dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Şahmurov Mübariz Ağahüseyn oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

APA xəbər verir ki, bu gün şəhidlə ailəsinin yaşadığı Bakının Nərimanov rayonu Atatürk prospektində evdə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Nizami rayonu, Keşlə qəsəbəsiŞəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Mübariz Şahmurov 1963-cü ildə Sabirabd rayonunun Navdan kəndində anadan olub. 26 fevralı 1992-ci ildə Xocalı şəhərində itkin düşüb.

Seçilən
120
6
apa.az

7Mənbələr