AZ

Bu il hotellərdə gecələmə 6%-dən çox artıb

BAKI, 28 oktyabr. TELEQRAF

2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,1 faiz artaraq 3469,3 min olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, gecələmələrin ümumi sayının 58,1 faizi Bakıda, 5,8 faizi Qusarda, 5,5 faizi Xaçmazda, 4,9 faizi Naftalanda, 3,8 faizi Qəbələdə, 3,3 faizi Qubada, 2,9 faizi Lənkəranda, 2,5 faizi Şabranda, 1,5 faizi Şamaxıda, 1,2 faizi Qaxda, 1,2 faizi Şuşada, 1,1 faizi Masallıda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,2 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,3 faiz artaraq 1937,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 55,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 14,1 faizi Hindistan, 10,9 faizi Rusiya Federasiyası, 9,1 faizi Səudiyyə Ərəbistanı, 8,7 faizi Türkiyə, 4,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,6 faizi İsrail, 3,6 faizi Pakistan, 3,5 faizi ABŞ, 3,5 faizi Çin, 3,2 faizi Özbəkistan, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,3 faizi Böyük Britaniya, 1,2 faizi Almaniya, 1,0 faizi İtaliya, 0,8 faizi Gürcüstan, 0,6 faizi İran, 0,6 faizi Bəhreyn, 0,6 faizi Ukrayna, 21,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,6 faizi Bakıda, 6,4 faizi Qusarda, 4,2 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,6 faizi Şamaxıda, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Seçilən
25
teleqraf.com

1Mənbələr