Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiyanın Saxalin bölgəsində 100 mindən çox abonent elektrik enerjisiz qalıb.
Yerli sakinlər işığın kəsilməsindən əvvəl partlayışa bənzər parlaq bir parıltı görüblər. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Saxalin bölgəsindəki istilik elektrik stansiyasında partlayış baş verdiyi ehtimal edilir. Partlayışın səbəbi hələ məlum deyil.
Qəza nəticəsində adanın əhəmiyyətli bir hissəsi elektriksiz qalıb, elektrik sisteminə isə ciddi ziyan dəyib. Bəzi ərazilərdə su təchizatı kəsilib. Yujno-Saxalinsk, Dalniy, Novo-Aleksandrovsk, Novotroitskoye və digər yaşayış məntəqələri elektriksiz və susuz qalıb.
Saxalində 100 minlərlə insan işıqsız qaldı: İES-də partlayış baş verdiyi ehtimal edilir
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.