Təmsilçimiz "Qarabağ"ın Çempionlar Liqasında növbəti oyunu "Çelsi"yə qarşı olacaq.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Hər iki komandanın 6 xalı var. Top fərqinə görə "zadəganlar" 11-ci, Ağdam təmsilçisi isə 13-cüdür.
"Qarabağ" - "Çelsi" oyunu "CBC Sport" televiziya kanalında canlı yayımlanacaq.