
Elm inkişaf etdikcə Yer üzündə həyatın necə yarandığı daha da müəmmalı görünür. London İmperial Kollecinin alimi Robert C. Endresin tərəfindən bununla bağlı hazırlanmış yeni riyazi model təqdim olunub.
Reyting.az xəbər verir ki, elm adamının yeni modelinə görə, əslində, cansız maddənin siyanobakteriyalara bənzər canlı formaya çevrilməsi məntiqlə mümkün deyil, hətta belə bir ehtimal düşünüldüyündən qat-qat azdır.
Endres bu prosesi daha çox elm adamının təsadüfi hərflərlə böyük məna kəsb edən məqalə yazmağa çalışmasına bənzədiyini qeyd edib.
Alimin fikrincə, mürəkkəblik artdıqca uğur şansı sıfıra yaxınlaşır.
O, informasiya nəzəriyyəsi və alqoritmik mürəkkəblik prinsiplərindən istifadə edərək ilkin hüceyrənin, yəni protoselənin öz-özünə yaranma ehtimalını hesablayıb. Nəticələrə görə, bu prosesin təbii şəkildə baş verməsi qeyri-mümkündür.
Alim hesab edir ki, mövcud elmi modellərdə hələ də tapılmamış əsas amillər var.
İngilis alimi həyatın yaranmasının fiziki prinsiplərini anlamağı elmin ən mühüm vəzifələrindən sayır.
Robert C. Endres başqa sivilizasiyaların Yer planetinə həyat "gətirməsi" ideyasını məntiqli saysa da, onu "Okkam ülgücü" prinsipinə uyğun hesab etmir. Lakin alim bildirib ki, kosmosu, eləcə də yerdən kənar sivilizasiyaları, həmçinin "yadplanetli" varlıqların əsl mənşəyinin və xüsusiyyətlərinin əhatəli araşdırılmasının əsas tərəfdarlarından biridir.
Oqtay QORÇU