ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Ötən il İranın Qida və Dərman Təşkilatının rəhbəri, dərman qiymətlərinin artımının bu il əhəmiyyətli olmayacağını bildirsə də, son hesabatlar vəziyyətin əksini göstərir.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunub ki, dərmanların qiyməti bu il 400% bahalaşıb və bəzən xəstələr 10 aptekə baş çəkdikdən sonra da əliboş qayıdırlar.
Habelə, İrandakı ərzaq məhsullarının yüksək qiymətləri, xüsusən ət, balıq, və süd məhsullarında qiymət artımı bir çox insanın bədənində vacib vitamin və mineralların çatışmazlığına səbəb olub.
Məlumata görə, hazırda İranın dərman ehtiyatları kritik vəziyyətdədir və ən azı 150 növ geniş istifadə olunan dərman ya az sayda olur, ya da heç tapılmır. Dərman qaçaqmalçılığının da artdığı və dərmanların qonşu ölkələrə, xüsusilə də İraqa və Əfqanıstana qaçaqmalçılıq yolu ilə daşındığı bildirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.