"Aston Villa" klubu Metyu Keş ilə müqavilə uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni sözləşmənin müddəti 2029-cu ilin yayına qədər olacaq.

Keş 2020-ci ildən Birmingem təmsilçisində çıxış edir. 28 yaşlı sağ cinah müdafiəçisi burada 193 oyuna çıxıb və 12 qol vurub.