Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Azərbaycan və Ermənistan arasında, eləcə də Qəzza zolağında sülhün uzunmüddətli olacağına ümid edirəm”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
“Son vaxtlar bir neçə köhnə münaqişənin həllinə nail olmaq mümkün olub. Çox ümid edirəm ki, bunlar uzunmüddətli olacaq. Azərbaycan və Ermənistan sülh sazişi imzaladılar. Qəzzada iki illik müharibə dayandı. Bu, yalnız başlanğıcdır. Amma ümid edirik ki, yaxşı başlanğıcdır”, - Belarus lideri deyib.
Onun sözlərinə görə, digər münaqişə ocaqlarında ümid işartısı görünmür.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.