AZ

Güllünün müdiri sübutlarla məhkəməyə getdi: "Qızı edib, şahidlərim var"  - FOTO

Yalovada evinin pəncərəsindən yıxılaraq ölən türkiyəli müğənni Güllünün (əsl adı Gül Tut) ölümü ilə bağlı yeni bir iddia ortaya atılıb.

Ölkə.Az “Posta” qzəetinə istinadla xəbər verir ki, müğənninin İstanbulda çıxış etdiyi məkanın sahibi Ferdi Aydın Yalova Ədliyyəsinə gedərək hadisə ilə bağlı şikayət verib.

Türkiyə mətbuatının yazdığına görə, F.Aydın, iki şahidin müşayiəti ilə məhkəmə binasında ifadə verib və Güllünün qızı Tuğyan Ülkem Gülterin əli ilə öldürdüyünü iddia edib.
Məlumata görə, o, sübut kimi əlindəki vatsap mesajlarını ədliyyəyə təqdim edib.

F.Aydın məhkəmədən çıxarkən açıqlama verib. O, Tuğyan Ülkem Gülterin bir ailə dostuna “anamı öldürmüşəm” dediyini iddia edib:

“İfadəmdə bildiklərimi dedim. İndi şahidlərim içəridədir və onlar dindiriləcəklər. Tuğyanın qatil olduğunu düşünürəm. Ailə dostları Bircan xanımın etirafları da var. Tuğyan Bircan xanımın telefonundakı bütün səs qeydlərini evinə girərək zorla silib, qadını qorxudub. Mesajların qeydləri məndə var. Onları da dosyeyə əlavə edəcəyik.

Tuğyan xanımın eks sevgilisinin səs qeydləri var. Narkotik maddə istifadə etdiyinə, pis qadın olduğuna dair qeydlər. Bircan xanımın videosu da var. Tuğyanın “kaş ki anamı bu şəkildə öldürməsəydim” deyə etirafı var. Hazırda içəridə 2 şahidimiz var.

Başqa gizli şahidlər də göstərdim. Bundan sonrası Türkiyə dövlətindədir. Qeydlər ən yaxınlarının audioyazılarıdır. Bütün Çınarcık Tuğyanın narkotik maddə istifadəçisi olduğunu və hər şeyi edə biləcəyini deyir”.

Xatırladaq ki, tanınmış müğənni sentyabrın 26-da evinin balkonundan yıxılaraq ölüb. Onun sui-qəsd qurbanı olması barədə çoxsaylı iddialar ortaya atılıb.

Bursa Məhkəmə-Tibbi Ekspertiza Bioloji İxtisas Dairəsinin hazırladığı rəyə əsasən, onun dırnaqaltı və digər nümunələrində başqa bir şəxsə aid DNT izinə rast gəlinməyib. Bu nəticə isə hadisədən əvvəl fiziki qarşıdurmanın baş vermədiyi ehtimalını gücləndirir.

Yalova Cumhuriyyət Baş Prokurorluğu isə məhkəmə-tibbi ekspertizasının nəticələrinin ardından digər sübutlar üzərində araşdırmaların davam etdiyini qeyd edib.

Billurə

Seçilən
50
1
olke.az

2Mənbələr