BAKI, TurkicWorld, Nailə Babazadə
Dördüncü İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Daxili İşlər Nazirlərinin iclası İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə Tehranda öz işinə başlayıb.
TurkicWorld xəbər verir ki, tədbir 15 illik fasilədən sonra Tehrandakı Sammit Konfrans Mərkəzində keçirilir. Görüş, İran hökumətinin qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək və regional əlaqələri möhkəmləndirmək siyasəti çərçivəsində təşkil olunub.
İclasda Pakistan, Tacikistan, Türkmənistan, Azərbaycan Respublikası, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və İran İslam Respublikasının daxili işlər nazirləri və yüksək səviyyəli rəsmiləri, həmçinin ECO-nun baş katibi, Oman daxili işlər naziri və İraq daxili işlər nazirinin müavini iştirak edirlər.
Toplantıda təhlükəsizlik, hüquq-mühafizə və sərhəd nəzarəti ilə bağlı məsələlərin yanaşı, sərhəd diplomatiyası, iqtisadi və şəhər diplomatiyası, qubernatorluqlar və bələdiyyələr arasında əməkdaşlıq, “qardaş şəhərlər” təşəbbüsü və bu istiqamətlərdə mövcud potensiallar müzakirə olunur.