
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında oynamaq istədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
“Mən formada olmaq və milli komandada mühüm rol oynamaq istərdim. Həqiqətən həyəcanlıyam, çünki bu, dünya çempionatıdır. Biz son turnirdə qalib gəldik və titulumuzu qorumaq çox yaxşı olardı”, - Messi qeyd edib.