AZ

İtaliya millisinin sabiq baş məşqçisi A Seriyası klubunda işləyə bilər

BAKI, 28 oktyabr. TELEQRAF

İtaliya millisinin sabiq məşqçisi Luçano Spaletti “Yuventus”un baş məşqçisi ola bilər.

Teleqraf “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, Turin klubu artıq 66 yaşlı mütəxəssis ilə danışıqlara başlayıb.

Spaletti təklifə müsbət reaksiya verib, lakin prosesin nə zaman rəsmiyyətə minəcəyi dəqiqləşməyib.

Qeyd edək ki, Spalettinin bu ilin iyun ayında İtaliya milli komandasında vəzifəsindən azad edilib. 12 xalla A Seriyasında 8-ci pillədə qərarlaşıan “Yuventus” İqor Tudorla dünən rəsmən yolarını ayırdı.

Seçilən
37
teleqraf.com

1Mənbələr