Son günlərdə Ana Vətən Partiyasının qurultayında baş verənlərlə bağlı gündəmə gələn partiya sədri, sabiq millət vəkili Fəzail Ağamalı daha bir məsələ ilə bağlı - rəsmi nikahdankənar övladı məsələsi ilə müzakirə mövzusuna çevrilib.
Keçmiş deputatın rəsmi nikahdankənar 1987-ci il təvəllüdlü İlqar (İqor) adlı oğlu var.
“Oxu24.com”un yazdığına görə, İlqarın anası rus əsilli qadı olub və onlar 80-ci illərin ortalarında Bakıda tanış olublar. Bu münasibətdən bir oğlan övladı dünyaya gəlib.
Sözügedən mövzu ilə bağlı Ölkə.az-a danışan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, onun gənclik illərində belə bir romanı olub.
"Kimə nə dəxli?! Vəssalam. Bu mənim şəxsi həyatımdır. Bunu yoldaşıma demişəm, o bilir. Üzr istəmişəm. O da məni başa düşüb. Bununla da məsələyə nöqtə qoyulub. 40 ildən artıqdır ki, həyat yoldaşımla birgə həyatımızı yaşayırıq”.
Sabiq deputat xatırladıb ki, 90-cı illərin sonunda oriental rəqqasə ilə bağlı bir məsələ gündəmə gəlib. O dövrdə də deyib ki, bunun heç kimə dəxli yoxdur:
"Türkiyədə oriental rəqqasələrin bu cür hərəkətinə pis baxmırlar. Ümumiyyətlə, onlar bu cür rəqs etməklə hansısa formada orada iştirak edən şəxslərdən pul alırlar. Mən də pul vermişdim və bunu da zamanında açıq şəkildə etiraf etdim. Burada nə var ki…”
Mürtəza