AZ

Yohann Vadeful: Qarşıdan gələn qış Ukrayna üçün həlledici əhəmiyyət daşıyır

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful bəyan edib ki, qarşıdan gələn qış Ukrayna üçün həlledici olacaq.

Oxu.Az xəbər verir ki, Almaniya nazirinin sözlərini BR radiostansiyası yayıb.

"Bu qış Kiyev üçün həlledici əhəmiyyət daşıyır", - deyə o bildirib.

Onun fikrincə, Qərbin yardımı olmadan Ukrayna müdafiə qabiliyyətini itirəcək.

Nazirin sözlərinə görə, Almaniya bu baxımdan "xüsusi məsuliyyət" daşıyır və Berlin hər an Kiyevi dəstəkləməyə hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
oxu.az

1Mənbələr