Bakı. Trend:
İtaliyanın “Yuventus” klubu İtaliya millisinin sabiq başməşqçisi Luçano Spaletti ilə danışıqlar aparır.
Trend xariciKİV-ə istinadla xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi İqorTüdorun istefaya göndərilməsindən sonra 66 yaşlı mütəxəssisikomandanın sükanı arxasına əsas namizəd kimi nəzərdən keçirir.
Təcrübəli baş məşqçinin özü də “qoca sinyora”nı çalışdırmağahazırdır və artıq təklifə müsbət cavab verib.
Qeyd edək ki, Luçano Spalettinin son iş yeri İtaliya millikomandası olub. Mütəxəssis bu ilin iyun ayında yığmadakıvəzifəsindən ayrılıb.