AZ

Vilnüsdən üzr istəməyə hazırıq Lukaşenko

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Belarus Prezidenti Aleksandr Lukaşenko Vilnüsdən üzr istəməyə hazır olduqlarını bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus lideri III Minsk Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransında çıxışı zamanı danışıb.

“Əgər günahımız varsa, hər zaman üzr istəmək lazımdır. Əgər biz doğrudan da günahkar olduğumuza əmin olsaq (hazırda bizi buna inandırmağa çalışırlar), ictimai şəkildə müzakirə etməyə və üzr istəməyə hazırıq. Bu, tam dəqiqdir”, – o qeyd edib.

Xatırladaq ki, oktyabrın 22-nə keçən gecə Vilnüs hava limanının fəaliyyəti dayandırılıb. Buna səbəb yaxın hava məkanında meteoroloji zondların qeydə alınması olub. Vilnüs bu hadisəyə görə Minskə ittiham yönəldib.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
globalinfo.az

1Mənbələr