AZ

Tramp Yaponiyada amerikalı hərbçilərin qarşısında rəqs etdi – VİDEO

Tramp Yaponiyada amerikalı hərbçilərin qarşısında rəqs etdi

ABŞ Prezidenti Donald Tramp Yaponiyada yerləşən “George Washington” adlı atom aviadaşıyıcısında çıxış edərkən səhnəyə “God Bless the U.S.A.” (“Tanrı, Amerikaya xeyir-dua ver”) mahnısının müşayiəti ilə çıxıb və hərbçilərin qarşısında rəqs edib. Onun başında ağ rəngli beysbol papağı olub.

Mahnı bitdikdən sonra Tramp hərbçilərə təşəkkür edib. Tədbirdə Yaponiya baş naziri Sanae Takaichi də iştirak edib.

Qeyd edək ki, ABŞ prezidenti 26 oktyabrdan Asiyaya dövlət səfərinə başlayıb. Səfər çərçivəsində o, Malayziya, Yaponiya və Cənubi Koreyaya baş çəkməyi planlaşdırır. Daha əvvəl Yaponiyanın ABŞ-a 250 sakura ağacı və fişəng hədiyyə edəcəyi açıqlanmışdı.

Seçilən
23
1
interpress.az

2Mənbələr