AZ

FT: “Pokrovsk şəhərinin itirilməsi təhlükəsi var”

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, “Financial Times (FT)” nəşrinin məlumatına görə, rusların kiçik hərbi qruplarının zəif təşkil edilmiş Ukrayna müdafiəsini yararaq şəhərə daxil olmağa başlaması nəticəsində Pokrovsk ətrafında vəziyyət son həftələr nəzərəçarpacaq dərəcədə pisləşib. “Ukraynanın ön cəbəhədəki briqadalarında canlı qüvvənin çatışmaması rus qoşunlarının müdafiədəki boşluqları aşkarlamasını və bundan istifadə etməsini asanlaşdırıb”, - qəzet yazır. Ukraynanın döyüş müşahidə qrupları Pokrovsk şəhərini ikiyə bölən dəmiryol xətlərinin cənubunda rus bölmələrinin olduğunu təsdiqləyib. Rusiyanın əsas hücum səyləri hələ də Pokrovsk-Myrnoqrad aqlomerasiyasına yönəlib. Son bir ildə yavaş-yavaş bu iki şəhərin şimalına və cənubuna doğru irəliləyən Rusiya qüvvələri onları mühasirəyə almağa və ya pilotsuz təyyarələrinin əhatə dairəsinə mühüm logistik marşrutlar yerləşdirməyə çalışır. Oktyabrın 26-da Ukrayna prezidenti Volodimir Zelenski rusların əsas zərbə qüvvələrini Pokrovska qarşı cəmlədiyini açıqlayıb. Bundan əvvəl “Ukrainska Pravda” ən azı 250 rusiyalı döyüşçünün Pokrovskda olduğunu, silahlardan atəş açdığını və ukraynalı əsgərləri, o cümlədən pilotsuz təyyarə operatorlarını onların mövqelərində atəşə tutduğunu bildirmişdi. Pokrovsk və Myrnoqradın mühasirəyə alınması riski yaranıb. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
azvision.az

2Mənbələr