AZ

Lukaşenko: “Azərbaycan və Ermənistan arasındakı sülh uzunmüddətli olacaq”

Qəzza sektorundakı və Azərbaycan-Ermənistan arasındakı münaqişələrin həlli uzunmüddətli olacaq.

Paralel.az xəbər verir ki bunu Belarus Prezidenti Aleksandr Lukaşenko III Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında deyib.

“Son vaxtlar bir sıra köhnə münaqişələrin həllinə nail olunub, mən isə ümid edirəm ki, bu həll uzunmüddətli olacaq… Azərbaycan və Ermənistan sülh sazişi paraflanıb. Qəzzada iki illik müharibə dayandırılıb. Bu yalnız başlanğıcdır. Amma ümid edirik ki, yaxşı bir başlanğıcdır,” – deyə Belarus lideri əlavə edib.

Onun sözlərinə görə, digər isti nöqtələrdə isə ümid işığı görünmür.

Xatırladaq ki, konfrans Belarusun paytaxtında 28–29 oktyabr tarixlərində keçirilir.

Seçilən
6
2
paralel.az

3Mənbələr