AZ

Belarusla birgə əməkdaşlıq çərçivəsində 200 lift modernləşdirilib

BAKI, 28 oktyabr. TELEQRAF

"Komissiyanın fəaliyyətinin ötən dövr üzrə nəticələri nəzərdən keçirilib, 2024–2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ilə bağlı müzakirələr aparılıb".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında qeyd edilib.

Vurğulanıb ki, sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika, ticarət və investisiya sahələrində konkret nəticələr və irəliləyişlər əldə olunub.

Gəncə Avtomobil Zavodunda Belarus tərəfi ilə birlikdə kənd təsərrüfatı və xüsusi təyinatlı texnikanın yığılmasının davam etdirildiyi bildirilib.

Qeyd edilib ki, bununla yanaşı, Belarusla lift istehsalı və təchizatı sahəsində uzunmüddətli əməkdaşlıq çərçivəsində Azərbaycanda “Moqilyovliftmaş” ilə lokal istehsalın genişləndirilməsi üzrə işlər davam etdirilir, 2025-ci ildə 200 liftin modernləşdirilməsi və quraşdırılması nəzərdə tutulur.

Seçilən
89
teleqraf.com

1Mənbələr